Elçin Ağakişiyev

Direktorlar Şurasının üzvü

Elçin Ağakişiyev, 1992-ci ildə, beynəlxalq tanınmış transmilli korporasiya ilə (BP Eksploreyşn) ilk əmək müqaviləsi bağlayan Azərbaycan vətəndaşlarından biri olmuşdur.

 

Cənab Ağakişiyev, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 1994-cü ildə kommersiya bankında peşəkar xidmətlər göstərən şirkətlər (Prays Uoterhaus) tərəfindən kommersiya auditi aparmış, 1995-ci ildə ilk dəfə Azərbaycan vətəndaşı olaraq Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin təqaüdü ilə dünya şöhrətli biznes məktəbinin birində (Uorik Biznes Məktəbi) Azərbaycanın ilk MBA tələbələrindən biri olmuşdur. O, 1999-cu ildə Azərbaycanda ilk dəfə idarəçiliyində 100 milyon ABŞ dollar həcmində pul vəsaiti olan (Kavkaz Fondu) özəl investisiya fondunun Azərbaycan nümayəndəliyini qurmuş və idarə etmiş, 2002-ci ildə Müstəqil Azərbaycanın tarixində ilk dəfə, dünyada isə birincilərdən olaraq Boyük Britaniyanın Yüksək Dərəcəli İstedadlı Miqrantlar Vizası çərçivəsində Britaniyada işləmək icazəsi almışdır. 2003-cü ildə transmilli telekommunikasiya şirkətinin Azərbaycandakı bölmələrindən birində Baş Müdir vəzifəsinə təyin edilmiş, 2007-ci ildə ilk dəfə olaraq Azərbaycan vətəndaşı kimi Microsoft şirkətinin Azərbaycan bölməsinin Baş Müdürü vəzifəsinə rəsmi iş təklifi almışdır.

 

Cənab Ağakişiyev, 2012-2013 illərdə qrup səviyyəsində IFRS standartlarını tədbiq etmiş, Almaniyada nümayəndəliklərinin sayını artırmış, MB və BMW bankları ilə maliyyə lizinq üzrə sazişlər bağlamış, eyni zamanda, 2014-2015 illərdə bir neçə min tələbə, 300-ə yaxın müəllim-professor heyəti və 11 universiteti əhatə edən SABAH Qrupları layihəsini yaratmış və idarə etmiş, MAARİFÇi tələbə kredit fondunu yaratmış və idarə etmiş, minlərlə sagirdləri əhatə edən özəl orta məktəblərinin idarə olunmasında iştirak etmişdir.

 

Cənab Ağakişiyev, 2015-2017 illərdə böyük dövlət universitetlərinin maliyyə, büdcə, inzibati və təsərrüfat funksiyalarına nəzarət etmişdir.

 

Cənab Ağakişiyev, 2018-2019 illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi Təhlil Baş Departamentində Baş Müdürün Müavini, 2019-2020-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bəyannamə və Kameral Vergi Yoxlamalarına Nəzarət Baş İdarəsinin rəisi, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək isə Milli Gəlirlər Baş İdarəsinin rəis əvəzi və rəisi vəzifələrində çalışmışdır. O, 2022-ci ilin mart ayından isə SOCAR prezidentinin müşaviri vəzifəsində çalışır.

 

Cənab Ağakişiyev, Azərbaycan Politexnik İnstitutunun Mühəndis-Mexanik ixtisası üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. O, 1993-cü ildə Böyük Britaniya, Londonda Satınalma və Təchizat İnstitutunda Beynəlxalq Satınalmalar üzrə, 1994-cü ildə isə Böyük Britaniya, Nottingham-da İdarəetmə üzrə, 1996-1997-ci llərdə Böyük Britaniya Warwick-də Biznes Magistrı üzrə magistr təhsili almışdır.