Ukrayna

2018-ci ildə SOCAR AQŞ Ukraynada “DTEK Oil and Gas” MMC-nin lisenziyalı sahələrində quyuların qazılması və yataqların işlənməsində səmərəliliyin artırılması məqsədilə məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalamış və müqaviləni uğurla həyata keçirmişdir.

Banqladeş

SOCAR AQŞ 2018-ci ildə Banqladeşdə bir qiymətləndirmə və iki kəşfiyyat quyusunun qazılması məqsədilə BAPEX tərəfindən elan edilmiş beynəlxalq tenderin qalibi olmuşdur. SOCAR AQŞ Banqladeşin milli neft şirkəti üçün “açar təslim” quyusunu uğurla qazmış və sınaqdan keçirmişdir.

Türkiyə

2019-cu ildə SOCAR AQŞ Türkiyənin Aksaray rayonunun Tuz Gölü bölgəsində yeraltı qaz anbarı kimi 40 quyunun qazılması və təhvil verilməsi ilə bağlı müqavilə imzalamışdır. Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi Türkiyənin təbii qaza olan tələbatının ödənilməsi baxımından həyati əhəmiyyət kəsb edir və SOCAR AQŞ bu missiyanın uğurla başa çatdırılmasına öz töhfəsini verəcək. 2021-ci ildə Şirkət bu layihə çərçivəsində daha 12 quyunun qazılması üçün müqavilənin uzadılmasına dair əlavə razılaşma imzalamışdır.

Qazaxıstan

İlk qazma müqaviləsi 2020-ci ildə Qazaxıstan Respublikasında imzalanmış və uğurla həyata keçirilmisdir. Müqavilənin sərtlərinə əsasən, SOCAR AQŞ “Eureka Oleum” neft yataqlarından birində qazma layihəsinin idarə edilməsini öz üzərinə götürmüşdür. Müqavilədə 3100 metr dərinlikdə maili istiqamətləndirilmiş neft quyusunun qazılmasına nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dərinliyi 3309 və 3241 metr olan iki neft quyusunun idarə olunması üzrə ikinci müqavilə 2021-ci ilin 4-cü rübündə başlayıb və hazırda davam edir.