Elnur Adilov

Kommunikasiya və daxili məsələlər üzrə menecer

Cənab Elnur Adilov kommunikasiya, səfirlik və konsulluq kimi məsələlər üzrə 17 illik təcrübəyə, eləcə də xarici əlaqələr sahəsində geniş təcrübəyə malikdir.

 

Cənab Adilov karyerasına Böyük Britaniya səfirliyində müştərilərlə iş, xarici əlaqələr və vizaların rəsmiləşdirilməsi üzrə cavabdeh işçi kimi başlamışdır. Daha sonra o, TLScontact Azərbaycan, Birləşmiş Krallıq Viza Müraciətləri Mərkəzinin baş direktoru kimi fəaliyyətini davam etdirmişdir.

 

O, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyində rayon Məşğulluq Mərkəzinin rəisi vəzifəsində çalışmışdır.

 

Cənab Adilov 2020-ci ildə SOCAR AQŞ-də Kommunikasiya və Daxili Məsələlər üzrə Menecer vəzifəsində fəaliyyətə başlamış və təşkilata güclü ünsiyyət və liderlik bacarıqları ilə töhfə vermişdir.

 

Cənab Adilov Azərbaycan Dillər Universitetində magistr dərəcəsi üzrə təhsil almışdır.