18 İyun 2021

Gələcəyin neft-qaz mühəndisləri SOCAR AQŞ-də Təcrübə Proqramına başlayıb

Seçim prosesindən uğurla keçən Bakı Ali Neft Məktəbinin sonuncu kurs tələbələri SOCAR AQŞ-də Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb. Proqram çərçivəsində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, komanda işi ilə tanış olacaq  və ali məktəbdə öyrəndikləri nəzəri bilikləri tətbiq edə biləcəklər.

 

Üç ay davam edəcək proqram ərzində, təcrübəçilər müxtəlif təlim kurslarında iştirak edəcək, təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcək və şirkətin mövcud layihələrinə öz töhfələrini verəcəklər.

 

Gələcəyin neft-qaz mühəndislərinə Təcrübə Proqramında uğurlar arzu edirik.