08 May 2021

SOCAR AQŞ-dən təhsilə dəstək

SOCAR AQŞ Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində keçirilən “Neft-qaz geologiyası və mühəndisliyi” konfransına dəstək verib.

 

Konfrans çərçivəsində Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması, Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi, Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi, Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları,  Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi bölmələri üzrə müzakirələr aparılıb, tezislər qiymətləndirilib.

 

Konfransa yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 46  tezis qəbul edilib, ayrı-ayrı bölmələr üzrə qaliblər müəyyənləşib. Qaliblərə hədiyyələr və konfransın sertifikatları təqdim olunub.