27 Noyabr 2019

SOCAR AQŞ-nin maliyyə dəstəyi ilə “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının 2-ci cildi çap edilib

Noyabrın 27-də SOCAR AQŞ-nin maliyyə dəstəyi ilə hazırlanan “Dünyanı gəzən Molla Nəsrəddin” kitabı və www.mollanasreddin.az  portalının təqdimatı olub. Kitabda  Orta Asiya və Türkdilli xalqlar, o cümlədən Balkan coğrafiyasından toplanmış lətifələr yer alıb.

 

Kitabın təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri: Müasir Elmi Yanaşmalar və Milli Folklorşünaslıq Təcrübəsi” mövzusunda keçirilən respublika elmi konfransında baş tutub.

 

Tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin folklor materialları içərisində fəlsəfi dərinliyi ilə seçilən nümunələrdən biri olduğunu deyib.

 

SOCAR AQŞ-nin maliyyə dəstəyi ilə hazırlanan “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının birinci cildi  ötən il işıq üzü görüb. Kitab Azərbaycan ərazisində yayılmış Molla Nəsrəddin lətifələrinin toplusundan ibarət ilk məcmuədir.