Təhlükəsizlik şirkətimizin dəyərlərinin ən başında dayanır. Bu, korporativ mədəniyyətimizin əsas komponentidir. Biz davamlı təcrübələri əməliyyatlarımızda tətbiq etməklə əməkdaşlarımız, podratçılarımız və müştərilərimiz üçün sağlam və təhlükəsiz mühit yaradırıq. Biz beynəlxalq təhlükəsizlik standartlarına riayət etməklə və Sağlamlıq və Təhlükəsizliyin İdarə edilməsi Sistemimizi davamlı olaraq təkmilləşdirməklə, sıfır ölüm və sıfır xəsarətlə təhlükəsiz iş yerinin təmin edilməsinə diqqət yetiririk. 

 

Bizim inteqrasiya edilmiş sağlamlıq və təhlükəsizliyin idarə edilməsi sistemimiz iş mühitinin yaxşılaşdırılmasına və şəxsi məsuliyyətin inkişafına yönəldilmişdir. Sistem bütün təhlükəsizliklə bağlı bütün məsələlərinin planlaşdırılmasını, təşkilini, koordinasiyasını və monitorinqini, eləcə də əsas təhlükəsizlik göstəricilərinin davamlı inkişafı üçün tədbirlər görülməsini əhatə edir.

Biz Azərbaycan Respublikasının əməyin mühafizəsi haqqında qanununa və Əmək məcəlləsinə, habelə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə şirkətin Beynəlxalq əmək standartlarına və daxili qaydalarına tam riayət olunmasını təmin etməkdə davam edirik. Bizim sağlamlıq və təhlükəsizliyin idarə edilməsi sistemimiz ISO 45001:2018-a uyğun olaraq həyata keçirilir, API Q2 və IADC öhdəliklərimizi yerinə yetirərkən fəaliyyətimizə tətbiq olunan standartların, spesifikasiyaların və digər tələblərin müəyyənləşdirilməsi prosesini əhatə edən IADC CAA-nı tətbiq etmişdir.

 

Biz qəzaların qarşısını almaq, eləcə də hər bir işçinin uzunmüddətli işləmə bacarığını təmin etmək üçün əlimizdən gələni etməyə çalışırıq.