SOCAR AQŞ təsis edildi
“Günəşli 13” və “Günəşli 11” quyularının qazılması üçün ilk müqavilə imzalandı və quyular qazıldı
SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı
Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu
İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı
Vipstok texnologiyasından istifadə edilərək rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə müvəffəqiyyətlə istismar edildi
“Günəşli” yatağından “Qala” lay dəstindən ilk kerna nümunələri götürüldü
Platformada ilk sementləmə kompleksinin istifadəsinə başlandı
İlk dəfə SOCAR AQŞ tərəfindən öz daxili gücünə kəmər endirmə xidmətləri göstərildi
“Bahar Energy Operation” Şirkəti üçün Qumdənizdə ilk Bahar yatağı işləndi və qazma işləri görüldü
SOCAR AQŞ ilk dəfə olaraq “Günəşli” yatağında maksimum 84 dərəcə bucaq altında üfüqi istismar quyusu qazdı
“Qərbi Abşeron” yatağında qazma əməliyyatları üçün SOCAR tərəfindən müqavilə bağlandı
“Bulla-dəniz” yatağında qazma əməliyyatları üçün SOCAR tərəfindən müqavilə bağlandı
“Qərbi Abşeron” yatağından ilk quyu qazıldı
“Qərbi Abşeron” yatağında ilk dəfə Quma nəzarət sistemi tətbiq edildi
“Ümid” yatağında açar təslim müqavilə əsasında ilk quyu qazıldı
SOCAR AQŞ milli şirkətlər arasında müasir texnologiyaların uğurla tətbiqinə görə BP Azərbaycan tərəfindən İlin Şirkəti kimi tanındı
Şirkət Günəşli 7-də qazma işlərinə başladı
“Bulla Dəniz” yatağında quraşdırma və istismara verilmə işlərinə başlandı
SOCAR AQŞ tarixində ilk dəfə yüksək təzyiqli yataqda (Ümid) quyu tikintisi tamamlandı
SOCAR AQŞ API Spesifikasiyası Q2 üçün sertifikatlaşdırıldı
BƏƏ-də SOCAR AQŞ “SOCAR AQS International DMCC” törəmə müəssisəsi yaradıldı
İlk beynəlxalq qazma müqaviləsi – Banqladeşdə BAPEX layihəsi imzalandı
Ukraynada “DTEK Oil and Gas” MMC-nin lisenziyalı ərazilərində quyuların qazılması və yataqların işlənməsinin təkmilləşdirilməsinə dair ilk qazma məsləhət xidməti göstərildi
SOCAR AQŞ və “KCA Deutag” ilə birlkidə Turan Qazma və Mühəndislik birgə müəssisəsi yaradıldı
MDT, XPT, VSP-nin geoloji ölçmələri: SOCAR tarixində ilk dəfə istifadə edildi
SOCAR AQŞ tərəfindən IWCF sertifikatı alındı
SOCAR AQŞ tərəfindən IACET sertifikatı alındı
“SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” yaradıldı
SOCAR AQŞ və “China CAMC Engineering CO., Ltd-IC İctas Construction Industries & Trade Inc.” birgə müəssisəsi arasında “Türkiyədə Tuz Gölü” yeraltı qaz anbarının genişləndirilməsi layihəsi üçün qazma müqaviləsi imzalandı
SOCAR AQŞ “Ümid” yatağında SOCAR tarixində ən dərin kəşfiyyat quyusunun (6810 metr) qazılmasını başa çatdırdı
“Turan Qazma və Mühəndislik” Şirkəti ilə Xəzər dənizində BP tərəfindən istismar edilən yeddi platformanın qazma quyusu və texniki xidmət işləri üzrə ilk müqavilə imzalandı
SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə Lider şirkəti elan olunan ilk Azərbaycan şirkəti oldu
SOCAR AQŞ tərəfindən ilk milli Bakı Qazma Məktəbi yaradıldı
Turan Qazma və Mühəndislik şirkəti BP adından satınalma, texniki xidmət və anbar fəaliyyətini idarə etmək üçün müqaviləyə düzəlişlə mükafatlandırıldı
SOCAR AQŞ Qazaxıstanda Eureka Oleum neft yataqlarından birində qazma layihəsini idarə etmək üçün ilk müqaviləsini imzaladı
Şirkət Azərbaycan, Türkiyə, Ukrayna və Banqladeşdə fəaliyyət göstərməyə imkan verən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının Səriştəliliklərin qiymətləndirilməsi proqramı üzrə akkreditasiya aldı
SOCAR AQŞ və Ukraynanın “Naftogaz” şirkəti ilə quruda və dənizdə texnologiyaların inkişafı üzrə birgə əməkdaşlığa dair Memorandum imzalandı
“Qərbi Abşeron” yatağından ilk çoxşaxəli quyu qazıldı
Qazaxıstanda iki neft quyusunun (3.309 və 3.241 metr) idarə edilməsinə başlandı
SOCAR AQŞ və İraq Qazma Şirkəti ilə inteqrə olunmuş qazma və təmir xidmətləri üzrə tərəfdaşlıq müqaviləsi imzalandı