Kevin Marr

Kommersiya üzrə direktor

Cənab Kevin Marr neft-qaz sahəsində kommersiya, maliyyə və biznesin inkişafı vəzifələri üzrə 35 ildən çox beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, həm də əməliyyatlar və investisiyalar üzrə qərarların qəbul edilməsində mühüm rol oynamışdır.

 

Cənab Marr neft-mədən sahəsində karyerasına Sun Oil Britain şirkətində başlamış, smetaların təsdiqlənməsi, büdcələr və xərclərə dair hesabatların verilməsi üzrə cavabdeh şəxs kimi Maliyyə şöbəsində çalışmışdır. Daha sonra o, KCA Drilling şirkətində maliyyə rəhbəri kimi işini davam etdirmiş və Kommersiya və Biznesin İnkişafı üzrə vəzifələrdə çalışmışdır.

 

Cənab Marr 2014 və 2015-ci illər ərzində 2 illik fasilə ilə ümumilikdə 30 il ərzində KCA DEUTAG Drilling şirkəti ilə çalışmış və burada şirkətin kommersiya inkişafı, eləcə də, Azərbaycan, Saxalin, Anqola, Kanada və Norveçdə böyük müqavilələrin bağlanması üzrə cavabdeh olmuş və Dəniz Əməliyyatları bölməsinin Kommersiya rəhbəri vəzifəsində çalışmışdır.

 

Cənab Marr KCA adından bir sıra kompleks araşdırma proseslərinə rəhbərlik etmişdir ki, buraya DEUTAG-ın satın alınması və uğursuz biznesin gəlirli biznesə çevrilməsi kimi fəaliyyətlər də daxildir.

 

Cənab Marr 2 il Yunanıstanda Oceaneering Ultra Deep Water şirkətinin İcraçı Vitse Prezidenti vəzifəsində çalışmış və Dərin Sularda Qazma gəmisinin əsas xərclərinin səmərələşdirilməsi prosesinə cavabdeh olmuşdur. Bu isə, gündəlik istismar xərclərinin 36% azalmasına və qazma müqavilələri çərçivəsində səmərəliliyin artırılmasına səbəb olmuşdur.

 

Cənab Marr SOCAR AQŞ-yə 2020-ci ildə Kommersiya Direktoru kimi qoşulmuş və qazma və quyuların tikintisi sahəsində risklərin azaldılması, müqavilə və tenderlərin idarə olunmasının yaxşılaşdırılması ilə, maliyyə məsələlərinə daha çox diqqət cəlb etmişdir.

 

Cənab Marr Aberden Universitetində Mühasibat Uçotu və İqtisadiyyat üzrə magistr təhsili almışdır və hazırda İdarəetmə uçotu üzrə Mühasiblər İnstitutunun müxbir üzvü olmaqla ixtisaslı mühasibdir.