Biz kimik

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Daha ətraflı

SOCAR AQŞ təsis edildi

“Günəşli 13” və “Günəşli 11” quyularının qazılması üçün ilk müqavilə imzalandı və quyular qazıldı

 

SOCAR AQŞ İnteqrasiya olunmuş İdarəetmə Sistemləri (IMS) üzrə ISO sertifikatı aldı

Şirkət Beynəlxalq Qazma Podratçıları Assosiasiyasına (IADC) üzv oldu

 

İlk Baza-Bulla İstehsalat və Təchizat Bazası yaradıldı

Amalımız, missiyamız və dəyərlərimiz

Daha ətraflı

Korporativ idarəetmə

Davamlı inkişaf, yerli icmaya sərmayə və ətraf mühitin mühafizəsi vasitəsilə bazar payımızı artırmaq öhdəliyimiz effektiv liderlik olmadan mümkün deyil. Bunu nəzərə alaraq, bizim korporativ idarəetməmiz uğurlu liderliyi təmin etmək və hədəflərimizə nail olmaq üçün Şirkət və İdarə Heyəti üçün təlimatlar, qaydalar və proseduralar toplusudur.

 

İdarə Heyətimiz (BOD) səhmdar şirkətlərimizdən və müstəqil qeyri-icraçı üzvlərdən, Şirkətin və sənayenin davamlı inkişafına sadiq olan əzmli təcrübəli şəxslərdən ibarətdir.

Daha ətraflı

Turan Qazma və Mühəndislik Şirkəti

Beynəlxalq inkişaf məqsədlərinin bir hissəsi olaraq və vacib rentabelli fəaliyyəti saxlamaqla quruda və dənizdə kompleks qazma layihələrinin həyata keçirilməsi imkanlarını genişləndirərək SOCAR AQŞ 2018-ci ildə “KCA Deutag” ilə birlikdə “Turan Qazma və Mühəndislik” Birgə Müəssisəsini yaratmışdır.

 

Yarandığı andan “Turan Qazma və Mühəndislik” şirkəti Xəzər dənizində BP-nin idarə etdiyi yeddi platformada uğurlu qazma xidmətləri göstərmişdir.

 

2020-ci ildə “Turan Qazma və Mühəndislik” şirkəti BP-dən satınalma, texniki xidmət və anbarların idarə edilməsi ilə bağlı müqaviləyə əlavə razılaşma əldə etmişdir. Daha ətraflı: www.turandrilling.com

Daha ətraflı