03 Aprel 2024

SOCAR AQŞ quru layihəsində üç quyunun qazma işlərini başa çatdırdı

 

Məmnuniyyətlə bildiririk ki, SOCAR AQŞ quruda neft yatağında üç quyunun qazma işlərini uğurla və ən qısa müddət ərzində başa vuraraq sifarişçiyə təhvil vermişdir.

 

Əlamətdar nailiyyətlərdən biri kimi, bu quru yatağında ən sürətli qazma əməliyyatımızı icra etdiyimizi, dərinliyi 2000 metrə qədər olan quyunu 18 gün ərzində tamamladığımızı qeyd etmək istərdik. Bu bizim səmərəlilik və mükəmməliyə olan sadiqliyimizin bariz nümunəsidir.

 

Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılmışdır.

 

Layihə ən müasir “Drillmec” HH300 qazma qurğusundan istifadə etməklə uğurla başa çatdırılmışdır. Qeyd edək ki, bu layihə, SOCAR AQŞ üçün Azərbaycanda həyata keçirilən ilk quruda qazma layihəsidir.