29 Sentyabr 2022

BP-nin nümayəndə heyəti Ümid 1 platformasına səfər edib

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun dəvəti, SOCAR AQŞ-nin iştirakı ilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Cim O’Lirinin rəhbərlik etdiyi komanda və AGT, Rusiya, Misir və Oman regionlarında layihələr üzrə vitse-prezident Kahal Kelli “Ümid Babək” Əməliyyat Şirkətinin idarə etdiyi “Ümid 1” platformasına səfər edib.

 

Səfər zamanı qonaqlar platformada yerləşən qazma ofisi və Mərkəzi Nəzarət Otağı, hasilat artırma qurğusu, platformada quyu sahəsi, qazma meydançası, avtomatlaşdırılmış yanğınsöndürmə məntəqəsi, hasilatın nəql sistemi və qazma qurğusu ilə tanış olublar.

 

Qazma meydançası ilə tanışlıq zamanı SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev şirkətin bu günə qədər gördüyü işlər və “Ümid 1” platformasında quyuların istismara verilməsində əldə olunan nailiyyətlər barədə məlumat verib.

 

Nümayəndə heyəti dənizdə qazma komandasının əməyini yüksək qiymətləndirib və SƏTƏM-in əhəmiyyətini vurğulayıb.