İtirilmiş İş Günü ilə Nəticələnən Hadisə (LTI) olmadan 1 ili qeyd edirik
Bu gün biz təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi istiqamətində davamlı səylərimizin nəticəsi olaraq SOCAR AQŞ-nin bütün əməliyyatlarında mühüm bir hadisəni - İtirilmiş İş Günü ilə Nəticələnən Hadisə (LTI) olmadan 1 ili qeyd edirik.
Bu əhəmiyyətli nailiyyət SOCAR AQŞ-nin təhlükəsizliyə sadiqliyini vurğulayır və müntəzəm olaraq təhlükəsiz iş mühitinin yaradılmasına diqqət göstərdikləri üçün bütün əməkdaşlara mükafatdır. Təhlükəsiz işləmək qabiliyyətimiz yüksək keyfiyyətli işimizin və biznes səmərəliliyimizin əsasını təşkil edir.
Bu əlamətdar hadisə SOCAR AQŞ, onun podratçıları və subpodratçıları tərəfindən müstəsna komanda işi, effektiv rəhbərlik, detallara diqqət və təhlükəsizlik prosedurlarına riayət etmədən baş verə bilməzdi.
Biz bu böyük nailiyyəti qeyd etməkdən şadıq və bu nailiyyətdə rolu olan SOCAR AQŞ-nin bütün əməkdaşlarını təbrik edirik.