SOCAR AQŞ Şirkətinin Yay Təcrübə Proqramı – 2024
SOCAR AQŞ Şirkəti 2024-cü il Yay Təcrübə Proqramı çərçivəsində Bakalavr pilləsinin sonuncu kurs tələbələrinə aşağıdakı şöbələrdə çox maraqlı öyrənmə və inkişaf imkanlarını təklif edir:
- Qazma mühəndisliyi
- Əməliyyatlara dəstək xidmətləri
Tələblər
Qazma mühəndisliyi:
- Neft və qaz mühəndisliyi fakültəsinin Bakalavr pilləsinin sonuncu kurs tələbələri
- Şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
- ÜOMG: 90+
- İngilis və azərbaycan dil bilikləri yüksək səviyyədə
- Azərbaycan vətəndaşlığı
Əməliyyatlara dəstək xidmələri:
- Sənaye və mülki tikinti, neft-qaz qurğuları mühəndisliyi və inşaat mühəndisliyi fakültələrinin Bakalavr pilləsinin sonuncu kurs tələbələri
- Şəxsi ünsiyyət və komandada işləmə bacarıqları
- ÜOMG: 80+
- İngilis və azərbaycan dil bilikləri yüksək səviyyədə
- Azərbaycan vətəndaşlığı
Seçim prosesi
Addım 1: CV-nizi 10 may 2024-cü il tarixi, saat 18:00-dək recruitment@socar-aqs.com elektron poçt ünvanına göndərin. Nəzərə alın ki, yalnız növbəti mərhələyə seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Email-in mövzu (“Subject”) hissəsində müraciət etdiyiniz şöbənin adını aşağıda göstərildiyi kimi qeyd edin:
- Summer Internship 2024 – Drilling Engineering;
- Summer Internship 2024 – Operations Support Services.
Addım 2: Testlər. Növbəti mərhələyə seçilən namizədlər ingilis dil biliyi səviyyəsini müəyyən etmək üçün yazılı ingilis dili imtahanına dəvət olunacaqlar.
*Qeyd: Qazma mühəndisliyi şöbəsinə müraciət edən namizədlər həmçinin yazılı texniki testə dəvət olunacaqlar.
Addım 3: Panel müsahibələri. Testlərdə qənaətbəxş nəticələr əldə etmiş namizədlər panel müsahibələrinə keçid alacaq. Panel müsahibələr müraciət edilən şöbələrin texniki mütəxəssisləri həmçinin İnsan Kapitalı şöbəsinin əməkdaşları tərəfindən birgə aparılacaq.
Addım 4: Seçim prosesinin yekunlaşması.
Müraciətlər 10 may 2024-cü il tarixi, saat 18:00-dək qəbul olunur.