Rəhman Qurbanov

Direktorlar Şurasının üzvü

Rəhman Qurbanov neft və qaz sənayesində 50 ildən çox təcrübəyə malikdir.

 

Cənab Qurbanov SOCAR AQŞ-də direktorlar şurasının üzvüdür.

 

Cənab Qurbanov təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi ixtisası üzrə başa vurduqdan sonra, 1968-ci ildə Serebrovski adına Neft qaz çıxarma idarəsinə (NQÇİ) göndərilmiş və 1 nömrəli mədəndə neft və qazçıxarma operatoru vəzifəsində çalışmışdır. 1971-ci ildə 2 nömrəli rayon Mərkəzi mühəndis-texnoloji xidmətinin (MMTX) növbə rəisi, 1973-cü ildə 2 nömrəli neft və qazçıxarma sexinin rəis müavini, sonra isə rəisi vəzifələrində fəaliyyət göstərmişdir.

 

Cənab Qurbanov 1980-1984-cü illərdə NQÇİ-də qaz üzrə rəis müavini, 1984-1986-cı illərdə NQÇİ-nin baş mühəndis – rəis müavini vəzifələrində çalışmışdır. 1986-1994-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi, 1994-cü ildən 2003-cü ilədək isə dənizdə neft və qazçıxarma İB-nin Baş direktoru vəzifəsini icra etmişdir.

 

2006-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) aparatında neft və qaz hasilatı üzrə 1-ci vitse prezidentin müavini olan cənab Qurbanov, 2007-ci ildə SOCAR-ın aparatında neft və qaz idarəsinin rəisi, 2010-2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifəsində çalışmışdır.

 

2016-cı ildən 2019-cu ilə qədər SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı üzrə vitse-prezidenti vəzifəsini icra edən Rəhman Qurbanov, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülüb