Samir Mollayev

Baş direktor

Mühəndislik sahəsində liderlik, texnoloji dəstək və mürəkkəb şəraitlərdə çoxfunksiyalı komanda əməliyyatlarının idarə olunması üzrə səriştəsini nümayiş etdirən cənab Samir Mollayev neft və qaz sənayesində 15 ildən artıq beynəlxalq təcrübəyə malikdir. 

 

Cənab Mollayev özünün neft yataqları üzrə karyerasına J. Ray McDermott şirkətində, Azəri-Çıraq-Günəşli platformalarının tikinti-inşaat meydançasında çalışaraq başlamışdır. Daha sonra o, fəaliyyətini Schlumberger şirkətində Quyuların Sınağı üzrə mühəndis kimi davam etdirmiş və Böyük Britaniyada və Danimarkada yataqlar üzrə aparıcı mühəndis dərəcəsinə qədər yüksəlmişdir. Sonradan cənab Mollayev on il BP şirkətində işləmiş, buarda Quyulara Müdaxilə və Bütövlük üzrə Mühəndislik Qrupunun rəhbəri kimi Aparıcı Səviyyədə Lider vəzifəsinə kimi irəliləmişdir. Onun rəhbərliyi altında komanda quyularda axının stimullaşdırılması üzrə xüsusi gəmidən istifadə, qumlu layların təcrid edilməsi (qoruyucu kəmər üçün genişlənən mufta, saxsı filtrlər və qumun kipləşdirilməsi) və s. kimi yeni texnologiyaları pilot layihə qismində ilk dəfə tətbiq etmiş və boru kəmərinə gündə 40 milyon barel neft əlavə etməyə müvəffəq olmuşdur. 

 

Cənab Mollayev Nobel Energy şirkətlər qrupuna Qazma Biznesi üzrə baş əməliyyat direktoru vəzifəsində qoşulmuş və layihələrə yüksək keyfiyyətli dəstək və nəzarət, eləcə də Əsas İcra Göstəricilərinin (ƏİG), büdcə və icra müqavilələrinin idarə olunmasında sağlam bilik tətbiq edərək, özü ilə bu vəzifəyə güclü işgüzar etika, diqqət və canlanma gətirmişdir. Ən son olaraq, o, Nobel Energy və SOCAR arasında birgə müəssisə olan SOCAR AQŞ şirkətində baş direktor vəzifəsinə təyin edilmişdi. 

 

Cənab Mollayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Aerokosmik mühəndislik üzrə magistr dərəcəsi əldə etmişdir. 2006-2007-ci illər ərzində o, təhsilini Parisdə, Schlumberger Təhsil Mərkəzində Quyuların Tamamlanması və Məhsuldarlıq sahəsində davam etdirmişdir. 2010-cu ildə cənab Mollayev ABŞ-da, Alyaskada İnkişaf Proqramını müvəffəqiyyətlə bitirmiş və Quyu Sahəsinin Rəhbəri qismində elastik borular sütunu üsulu ilə qazmanın planlaşdırılmasında və həyata keçirilməsində liderlik və təcrübə nümayiş etdirib.

 

Cənab Mollayev SPE və ISEECE kimi müxtəlif beynəlxalq konfranslarda mühəndislik texnologiyalarının optmallaşdırılması, neft yataqlarındakı əməliyyatlarda innovativ həll üsulları və ekoloji nəzarət məsələlərini əhatə edən bir sıra tədqiqat və məqalələr təqdim etmişdir.