07 Sentyabr 2022

SOCAR AQŞ-nin əməkdaşları SOCAR-2022 mini-futbol turnirində uğurla iştirak edir

Avqustun 13-də start götürən və 20 Sentyabr - Neftçilər gününə həsr olunmuş SOCAR-2022 mini-futbol turniri davam edir.

 

Turnirdə 32 komanda 8 qrupda iştirak edib. Mübarizəyə “C” qrupunda qoşulan komandamız üç oyundan sonra qrupda 2-ci yerdə qərarlaşaraq 1/8 final mərhələsinə vəsiqə qazanmışdır. Bu mərhələdə SOCAR AQŞ komandası EKOL kollektivi ilə keçirilən oyunda 4-2 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Turnirdə I, II və III yer tutmuş komandalar və fərqlənən oyunçular kubok, medal və müxtəlif mükafatlarla təltif ediləcəklər.

 

Qeyd etmək istərdik ki, SOCAR AQŞ komandası 2016-cı ildə keçirilən Mini Futbol Liqasında (MFL) 3-cü yer, 2010-cu ildə keçirilən Milli Həvəskarlar Liqasında isə 1-ci yerin sahibi olmuşdur.

 

Növbəti mərhələlərdə komandamıza uğurlar arzulayırıq!