02 İyun 2021

SOCAR AQŞ beynəlxalq tədbirin sponsorudur

Qazma Podratçılarının Beynəlxalq Assosiasiyası (International Association of Drilling Contractors - IADC) tərəfindən 15-16 iyun tarixlərində virtual keçiriləcək “IADC World Drilling 2021” konfrans və sərgisinin Qızıl Sponsoru olmaqdan və bu xüsusi tədbirdə iştirak etməkdən qürur duyuruq. 

 

SOCAR AQŞ-nin qazma mütəxəssisləri üçün nəzərdə tutulan əsas tədbirlərdən biri olan “IADC World Drilling 2021”-də sənayedə olan çətinlik və imkanları strateji rəhbərlik baxımından araşdıracaq.

 

Konfransda dəyər təklifinin müxtəlif aspektlərindən - texnologiya, müxtəliflik, müqavilə, əməkdaşlıq, rəqəmsal həllər və maraqlı tərəflər üçün daha bir çox məsələlərin inkişaf etdirilməsi mövzuları müzakirə olunacaq.

 

Tədbirdə qazma sahəsi üzrə müştərilər, analitiklər və investorlar neft və qaz sənayesinin ümumi perspektivlərini, həmçinin quruda və dənizdə qazma işlərini, əhəmiyyətli məqamları müzakirə etmək və sənayenin gələcək inkişafına yol açmaq üçün bir araya gələcəklər.

 

Tədbirin proqramı haqqında ətraflı: https://www.iadc.org/event/iadc-world-drilling-2021-conference-exhibition/#