Sertifikatlar:
SOCAR AQŞ İnteqrə Olunmuş İdarəetmə Sistemini müvəffəqiyyətlə tətbiq etmiş və ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq standartları əsasında sertifikatlaşdırılmışdır.
SOCAR AQŞ ilk milli qazma müəssisəsi olaraq 2015-ci ildə BP Azərbaycan və onun tərəfdaşları tərəfindən maliyyələşdirilən Sahibkarlığın İnkişafı və Təlimi Proqramını (EDTP) uğurla başa çatdırmışdır.
SOCAR AQŞ 2017-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən qazma müəssisələri arasında ilk olaraq API komitəsi tərəfindən API Spec Q2 sertifikatına layiq görülmüşdür.
Üzvlük:
SOCAR AQŞ 2009-cu ilin iyun ayından etibarən Qazma Podratçıları Beynəlxalq Assosiyasının (IADC) üzvüdür.
SOCAR AQŞ-nin mühəndisləri Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvüdür.
SOCAR AQŞ 2017-ci ildən etibarən Quyuya Nəzarət Beynəlxalq Forumun üzvüdür.
Mükafatlar:
SOCAR AQŞ 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür.
SOCAR AQŞ ardıcıl olaraq 2011- 2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür.
SOCAR AQŞ 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İlin Şirkəti Mükafatını almışdır.
SOCAR AQŞ "Caspian Business Award - 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.
Horizontal quyu
Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.
daha ətraflı
Kerna nümunələrinin götürülməsi
Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.
daha ətraflı