SOCAR AQŞ-nin Baş inzibati binasında qanvermə aksiyası keçirilmişdir

Aksiyanın keçirilməsində məqsəd talassemiyadan əziyyət çəkən uşaqları təhlükəsiz və keyfiyyətli qanla təmin etmək üçün könüllü donor xidmətinin inkişafına dəstək verməkdir.

Təqdirəlayiq haldır ki,müəssisə Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının İcrası ilə bağlı reallaşdırılan kampaniyalarda fəal iştirak edir. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə həyata keçirilən könüllü qanvermə aksiyalarında müəssisənin müxtəlif əməliyyat sahələrində çalışan əməkdaşları fəal iştirak edirlər.

 


AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı