SOCAR AQŞ Vətən Müharibəsinin Anım Günündə şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir

  • 27/09/2021

    Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və tarix yazan qəhrəman ordumuz, əsgər və zabitlərimizin böyük şücaət və yüksək döyüş hazırlığı nəticəsində zəfərimizlə tamamlanan 44 günlük Vətən Müharibəsinin ildönümüdür.

    Azərbaycanın haqq uğrunda olan bu mübarizəsində SOCAR AQŞ-nin 19 əməkdaşı qəhrəman ordumuzun sıralarında ləyaqətlə iştirak etmişdir. Onlardan 1993-cü il təvəllüdlü əməkdaşımız Zeynalov Teymur Tağı oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, qaynar döyüşlərin getdiyi Füzuli rayonunun kəndlərinin və strateji yüksəkliklərinin azad edilməsi zamanı qəhrəmancasına şəhadət zirvəsinə yüksəlmişdir.

    Zeynalov Teymur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”“Vətən uğrunda” medalları ilə təltif edilmişdir (ölümündən sonra).

    Bu gün biz Teymuru ehtiramla anır, Allahdan qəhrəman şəhidimizə rəhmət və ailəsinə səbr diləyirik.

    SOCAR AQŞ hər zaman şəhidimizin ailəsinin yanında olacaq və onlara öz maddi və mənəvi dəstəyini göstərməyə davam edəcəkdir.

    SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev bu tarixi gündə ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçən qəhrəman əməkdaşlarımızla görüş keçirmiş, Vətən Müharibəsində qazanılan şanlı qələbə münasibətilə onları təbrik etmiş və torpaqlarımızın işğaldan azad olunması üçün göstərdikləri fədakarlığa görə hər birinə minnətdarlıq bildirmişdir. Görüşdə ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.

    Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarımız haqqında məlumatı hər birinizlə paylaşmaqdan və hər zaman onlara borclu olduğumuzu bildirməkdən qürur duyuruq. Gəlin onları bir daha tanıyaq:

    • Əsgərov Samir Əlifağa oğlu (Sahədə takelajçı) - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 
    • Həbiyev Bəhruz Ələskər oğlu (Qazma ustası) - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 
    • İsmayılov Nicat Yusif oğlu (Dənizdə takelajçı) - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına  görə” medalları ilə təltif edilmişdir. 
    • Səlimov Müzəffər Mahmud oğlu (Motorçu) - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 
    • Ağayev Elvin Sahib oğlu (Çilingər) 
    • Cabbarov Fuad Adil oğlu (Qazma mühəndisi) 
    • Ağayev İmran Xanbaba oğlu (Emalatxanaların idarə edilməsi üzrə rəhbər) 
    • Nəcəfov Azər Nəsrəddin oğlu (Dənizdə yardımçı fəhlə) 
    • Əsədov Kamil Məhəbbət oğlu (Dənizdə çilingər) 
    • Sadıqzadə Yusif Natiq oğlu (Dənizdə çilingər) 
    • Hüseynov Ağarəsul Hafiz oğlu (Qazmaçı köməkçisi) 
    • Talıbov Qardaşxan Əmiraslan oğlu (Dənizdə takelajçı) 
    • İsmayılov Aqil İman oğlu (Dənizdə çilingər) 
    • Əliyev Səbuhi Nizami oğlu (Sahədə takelajçı) 
    • Həsənov Fuad Şən oğlu (Qazma ustası) 
    • İsmayılov Seymur Mirnizami oğlu (Anbardar) 
    • Məmmədov Sadıq Elşad oğlu (Dənizdə elektrik) 
    • Qurbanov Cavid Akif oğlu (Sahədə takelajçı) 

    Vətəni canından əziz tutan qəhrəmanlarımızla fəxr edir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.