SOCAR AQŞ-nin maliyyə dəstəyi ilə “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının 2-ci cildi çap edilib

  • 27/11/2019

    Noyabrın 27-də SOCAR AQŞ-nin maliyyə dəstəyi ilə hazırlanan “Dünyanı gəzən Molla Nəsrəddin” kitabı və www.mollanasreddin.az  portalının təqdimatı olub. Kitabda  Orta Asiya və Türkdilli xalqlar, o cümlədən Balkan coğrafiyasından toplanmış lətifələr yer alıb.

    Kitabın təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Molla Nəsrəddin lətifələri: Müasir Elmi Yanaşmalar və Milli Folklorşünaslıq Təcrübəsi” mövzusunda keçirilən respublika elmi konfransında baş tutub.

    Tədbirdə çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin folklor materialları içərisində fəlsəfi dərinliyi ilə seçilən nümunələrdən biri olduğunu deyib.

    SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev rəhbəri olduğu müəssisə ilə Folklor İnstitutu arasında sıx əməkdaşlığın qurulduğunu və bu əlaqələrin konkret elmi nəşrlərdə, kitab və məqalələrdə əksini tapdığını bildirib. Baş direktor qeyd edib ki, iki cild kitabdan ibarət Molla Nəsrəddin lətifələri, nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmuş bir sıra məqalələr və həmçinin www.mollanasreddin.az  portalı qarşılıqlı əməkdaşlığın bariz nümunəsidir.

    SOCAR AQŞ-nin maliyyə dəstəyi ilə hazırlanan “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının birinci cildi  ötən il işıq üzü görüb. Kitab Azərbaycan ərazisində yayılmış Molla Nəsrəddin lətifələrinin toplusundan ibarət ilk məcmuədir.  

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı