SOCAR AQŞ mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə keçirilən ağacəkmə aksiyasında 2000 ağac əkib

  • 06/12/2019

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi şərəfinə bir gündə 650 min ağac əkilməsi ilə bağlı keçirilən ağacəkmə aksiyasında SOCAR AQŞ 2000 ağac əkib.

    Ağaclar  Bakı-Qazax magistralının 37-ci kilometrliyində yerləşən Ümid İstehsalat və Təchizat Sahəsinin önündəki ərazidə əkilib.

    Aksiya çərçivəsində ümumilikdə 12 çeşiddə ağac – Eldar şamı, Göyüş, Tuya, Sərv, Tut, Tezalpiniya, Evkalipt, Lequstura, Aliandr, Palma, Gülxətmi, həmçinin əncir, nar və digər meyvə ağacları əkilib. 

    Ağacəkmədə SOCAR AQŞ-nin ofis və platforma əməkdaşları, SOCAR AQŞ və “KCA Deutag” şirkətlərinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering” MMC-nin əməkdaşları, eləcə də SOCAR AQŞ-nin tələbə təqaüd proqramının qalibləri iştirak edib.

    Ərazinin qorunması və ağaclara qulluq edilməsi üçün SOCAR AQŞ yaxınlıqda yaşayan əhali arasından bağbanlar işə götürəcək.

    Prezident İlham Əliyevin ilin əvvəlində imzaladığı Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan olunub.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı