SOCAR AQŞ BMT-nin təşkil etdiyi Məsuliyyətli Biznes Konfransında iştirak edib

  • 27/11/2019

    BMT-nin təşkilatçılığı ilə 26 noyabr, 2019-cu ildə Bakı şəhərində Məsuliyyətli Biznes Konfransı keçirilib. SOCAR AQŞ-nin də qatıldığı tədbirdə Azərbaycanın aparıcı biznesləri BMT-nin Qlobal Sazişinin prinsiplərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət və strategiyalarına salınmasını müzakirə ediblər.

    Dövlət orqanları, bizneslər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin icrasında biznesin rolu əsas müzakirə mövzusu olub. BMT-nin rezident əlaqələndiricisinin ofisi, UNİCEF, BMT-nin Qlobal Sazişi, BMT Qadınlar və BMT-nin İnkişaf Proqramının birgə təşkil etdiyi konfransda BMT-nin Qlobal Sazişinin 10 prinsipinin biznes siyasətləri və təcrübələrinə inteqrasiyasının əhəmiyyəti vurğulanıb.

             

    Konfrans çərçivəsində baş tutan seminarlar zamanı iştirakçılar dayanıqlı biznes təcrübələrinin uğurlu nümunələrini və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) şirkətlərin maliyyə, əməliyyat və qərarların qəbulu proseslərinə inteqrasiyası yollarını müzakirə ediblər. Çıxış edənlər həmçinin korporativ mühitdə gender bərabərliyi və qadınların qabaqcıl vəzifələrə irəli çəkilməsini təşviq edən prinsiplərin dəstəklənməsində bizneslərin rolu haqqında danışıblar.

    Tədbirdə çıxış edən SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev müəssisənin  Qlobal Sazişin üzvü olması və  Sazişin Lider şirkəti elan olunmasını xatırladıb və bununla bağlı öz fikirlərini bölüşüb: “SOCAR AQŞ 2018-ci ildə BMT-nin Qlobal Sazişinə qoşuldu və artıq 2019-cu ilin sentyabrında müəssisəmiz BMT-nin Qlobal Sazişinin Lider şirkəti elan olundu. Biz BMT-nin Qlobal Sazişinin Lider şirkəti olan ilk Azərbaycan şirkətiyik. Arzu edirik ki, yaxın gələcəkdə belə Azərbaycan şirkətlərinin sayı daha da artsın. Dayanıqlı inkişaf prinsiplərini biznes strategiyasına əlavə etməklə  yeni biznes modellərinin meydana çıxmasında iştirak edə, yeni texnologiyaların tətbiqi sahəsində önə çıxa bilərik, bu isə əlavə olaraq yeni biznes imkanlarının meydana çıxması deməkdir”.

    2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10 min şirkət və 3 min qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

     

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı