SOCAR AQŞ "ÜMiD" yatağında unikal qazma və geofiziki tədqiqat işləri aparıb

  • 17/04/2019

    Müəssisə "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 nömrəli kəşfiyyat quyusunda qazma işlərini təhlükəsiz, uğurla və keyfiyyətlə başa vurub.

    Məlumat üçün bildiririk ki, SOCAR AQŞ "Ümid" yatağının 1 saylı dəniz stasionar özülündən faktiki dərinliyi 6810 m olan 16 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı. Quyu bütövlüyü nəzərə alınmaqla 16 nömrəli quyu Xəzərin Azərbaycan sektorunda qazılmış ən keyfiyyətli quyulardan biridir. Kəmərlərin layihə dərinliyinə çatdırılması, kəmərlərarxası təzyiqin olmaması və sementləmə işlərinin mükəmməl aparılması deməyə əsas verir ki, 16 nömrəli quyu "Ümid" yatağının tarixində yeni səhifə açıb.

    SOCAR tarixində ilk dəfə olaraq,  quyu tikintisi zamanı qazma texnologiyalarında müəyyən dəyişiklik edilmiş, quyuağzı avadanlıqların yığılmaslnda yeni metodlar tətbiq edilmiş və yüksək hasilatın əldə olunması üçün  5 1/2 düymə  monobar lift boruları vasitəsilə tamamlanma işləri apaılrmışdır.

    Müəssisənin əldə etdiyi uğurlardan biri də "Ümid" yatağı üzrə məhsuldar horizonrtlarda lay təzyiqlərinin ölçülməsi və süxur nümunələrinin götürülməsi olmuşdu.

    "Ümid" yatağı tarixində, ilk dəfə olaraq, SOCAR AQS yataq üzrə V horizontdan beynəlxalq standartlara cavab verən avadanlıqla 6046.5-6063.5m və 6037-6046m intervalından 100 % süxur nümunələri götürmüş, hemetik şəkildə qablaşdıraraq sifarişçiyə təhvil vermişdir.

    Müəssisənin Geologiya şöbəsinin müdiri Sevinc Qasımova bildirib: "16 nömrəli kəşfiyyat quyusu "Ümid" yatağın tam potensialının aşkara çıxarılmasında müstəsna rol oynayib. Əminliklə deyə bilərəm ki, 16 nömrəli quyunun keyfiyyətlə təhvil verilməsi və sifarişçi  məmnunluğunun tam yerinə yetiliməsi "Ümid" yatağında yeni bir dövrün başlanmasına təkan verir.  Belə ki, əlavə özüllərin tikilməsi, quyuların qazılması, işlənməsi və işlənmə rejimlərinin seçilməsi, o cümlədən qaz-kondensat hasilatının mənimsənilməsi əhəmiyyətli dərəcədə artacaqdır.  Qeyd etdiklərimiz inteqrə edilmiş qazma və quyu xidmətləri göstərən müasir müəssisə olaraq, SOCAR AQŞ-nin inkişaf perspektivlərinin reallığını göstərir. SOCAR AQŞ kollektivi, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi siyasət və strategiyanın həyata keçirilməsində və SOCAR rəhbərliyinin qarşıya qoyduğu konkret vəzifələrin icrasındakı öz töhfəsi ilə qürur duyur və bu şərəfli fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir!"

    Qeyd edək ki, 2017-ci ilin dekabrında SOCAR AQŞ "Ümid-1" saylı dəniz stasionar özüldən faktiki dərinliyi 6352 m olan 14 nömrəli istismar quyusunu sifarişçi tərəfindən təyin olunmuş texnoloji parametrlər üzrə tam dəqiqliklə qazaraq uğurla təhvil vermişdir.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı