SOCAR AQŞ-də neft-qaz mühəndisliyi tələbələri ilə görüş

  • 08/11/2018

    Bu günlərdə SOCAR AQŞ Neft Mühəndisləri Cəmiyyətinin Bakı Ali Neft Məktəbi bölümünün üzvlərini öz ofisində qəbul edib.

    Tələbələr təşəbbüs göstərərək Azərbaycanın qabaqcıl qazma şirkəti olan SOCAR AQŞ-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq, təcrübə və iş imkanları haqqında məlumat almaq üçün istəklərini bildiriblər. Gənc istedadlar üçün hər zaman qapısı açıq olan müəssisə bu təşəbbüsü xoş qarşılayaraq şirkətin fəaliyyəti ilə bağlı xüsusi tədbirin keçirilməsini razılıqla qarşıladı.

    Bir günlük tədbir çərçivəsində tələbələr, İşəqəbul şöbəsinin mütəxəssisləri ilə təcrübə proqramı və iş imkanlarını müzakirə etmə imkanını əldə etdilər. Bundan əlavə, onlar işəqəbul prosedurları haqqında məlumat və karyera imkanları ilə bağlı tövsiyyələr aldılar. Tədbir çərçivəsində onlar texniki xidmət rəisi, Emil Əsgərovun rəhbərliyi altında şirkətin “Bulla” bazasına səfər ediblər.

    Bu qısa səfərin məqsədi tələbələrə onların texniki biliklərinin iş şəraitində tətbiqini yaxından izləməyə şərait yaratmaq idi. Şirkətin daxili qaydalarına əsasən, qonaqların təhlükəsizliyini təmin etmək üçün tələbələr təhlükəsizliklə bağlı məlumatlandırılıb və fərdi mühafizə vasitələri ilə təmin olunublar. Səfər zamanı tələbələr anbarlara, elektrik və hidravlik sexlərinə, mexaniki təmir sexinə və digər istehsalat sahələrinə də baş çəkiblər. Səfər ərzində tələbələr hər bir sahə üzrə məlumat alıb və öz suallarını vermək imkanını əldə ediblər. Onlar həmçinin SOCAR AQŞ-ın yeməkxanasında nahar edərək işçi heyətin qidalanma şəraiti ilə əyani tanış olublar.

    Görüşdən qısa bir müddət sonra Neft Mühəndisləri Cəmiyyətinin Bakı Ali Neft Məktəbi bölümünün sədri Aytac İsgəndərova SOCAR AQŞ ilə əlaqə saxlayaraq tələbələr adından onlara ayrılmış diqqət üçün minnətdarlığını bildirmişdir: “Görüş iştirakçıları tədbirin və bələdçilərin təlimatlarının onlara xoş təəssüratlar bəxş etdiyini qeyd etdilər. Biz əməkdaşlığımızın davam etməsinə və gələcəkdə müştərək tədbirlərin davamllı olmasına ümid edirik.”

    SOCAR AQŞ yeni nəsil peşəkarların ölkəmiz üçün dayanıqlı iqtisadiyyatın təminatı olduğunu hesab edərək gənclərin peşəkar inkişafına yaxından dəstək vermək niyyətindədir. Ona görə də, müəssisə gənc və təşəbbüskar tələbə təşkilatları ilə əməkdaşlıq etməyə hər zaman hazırdır.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı