SOCAR-AQŞ-də Respublika Günü qeyd edilib

  • 26/05/2017

    26 may 2017- ci il tarixində SOCAR-AQŞ-nin Baş İnzibati binasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

    Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin banilərinə həsr olunmuş sənədli filmi izləyiblər.

    Tədbiri giriş sözü ilə açan müəssisənin Baş direktoru Ramin İsayev tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibətilə təbrik edib. Şərqdə yaradılan ilk demokratik respublikanın dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirdiyi mütərəqqi islahatlar barəsində iştirakçılara geniş məlumat verən R. İsayev bildirdi ki, Azərbaycan xalqı həmin çətin tarixi şəraitdə demokratik prinsiplər əsasında özünün milli dövlətini qura bildi. 

    Daha sonra çıxış edən müəssisənin KSTTƏMM şöbəsinin müdir müavini İmran Ağayev qeyd etdi ki, dünyada 2000-dən çox xalq yaşasa da onlardan yalnız 200-ə yaxınının öz dövləti var. ‘’Biz o xöşbəxt xalqlardanıq ki, həm ana dilimizi yaşatmağa müvəffəq olmuşuq, həm də müstəqil dövlətimizi qura bilmişik’’.

    Müəssisənin Müqavilələr şöbəsinin müdir müavini Dünya Fətəliyeva çıxış edərək bildirdi ki, 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək onun bayrağını, gerbini və himnini özünün dövlət rəmzləri kimi qəbul etdi və bu addım xalqımızın qədim dövlətçilik ənənələrinə sadiqliyinin bariz təzahürü idi.

    Müəssisənin digər məsul əməkdaşları da tədbirdə çıxış edərək Xalq Cümhuriyyətinin qısa müddət ərzində gördüyü misilsiz işlərdən, İstiqlaliyyət Bəyannaməsində əksini tapmış mütərəqqi ideyalardan danışaraq öz təəssüratlarını bölüşüblər.

    Tədbirin sonunda müəssisə rəhbərliyi yekun nitq ilə çıxış edərək qeyd edib ki, 28 May tarixinin bayram günü kimi qeyd olunması məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı islahatlar sayəsində Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Müasir Azərbaycan dövlətinin inkişafı hər bir azərbaycanlıda qürur hissi doğurur.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı