SOCAR-AQŞ ABŞ-da keçirilən Dəniz Texnologiyaları Sərgi və Konfransında iştirak edib

  • 10/05/2017

    Məlumat üçün bildiririk ki, 1-4 may 2017-ci il tarixində ABŞ-ın Hyuston şəhərində qazma, kəşfiyyat, hasilat və ətraf mühitin mühafizəsi sahəsində dəniz resurslarının inkişafı üzrə dünyanın ən böyük tədbirlərindən biri hesab olunan Dəniz Texnologiyaları sərgi və konfransı keçirilib.

    Dəniz Texnologiyaları sərgi və konfransı Amerika Birləşmiş Ştatlarında hər il keçirilən 200 ən böyük və iştirakçı sayına görə 10 ən çox ziyarət edilən sərgilərin sırasındadır.

    2017-ci ildə Dəniz Texnologiyaları sərgi və konfransı dəniz sənayesi üzrə ən böyük illik tədbirin 48-ci ildönümünü qeyd edib.

    Bu il keçirilən sərgi və konfransda 50-dən çox texniki sessiya, o cümlədən 340-dan çox texniki təqdimat nəzərdə tutulmuşdur.Təqdimatlar dəniz neft və qaz sənayesində tətbiq edilən ən müasir texnologiyaları və innovasiyaları əhatə edib.

    SOCAR-AQŞ-nin nümayəndə heyəti Dəniz Texnologiyaları sərgi və konfransında ziyarətçi qismində iştirak edərək ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən bir sıra forum və görüşlərdə iştirak etmişdilər.

    Nümayəndə heyətimiz görüşlər zamanı iştirakçılara müəssisənin həyata keçirdiyi qazma layihələri barədə ətraflı məlumat vermiş, müxtəlif şirkət nümayəndərinin SOCAR-AQŞ ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirərək onları maraqlandıran sualları cavablandırmışlar.

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Kerna nümunələrinin götürülməsi

Günəşli yatağında 11 və 13 saylı DDSÖ-lərdən yeni texnologiyanın tətbiqi ilə kerna nümunələri götürülmüşdür.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı