SOCAR-AQŞ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

  • 10/05/2017

    10 may 2017- ci il tarixində SOCAR-AQŞ-nin Baş İnzibati binasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş təbdir keçirilib..

    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Dahi şəxsiyyət” adlı qısametrajlı filmi izləyiblər. Daha sonra Ulu Öndərin Azərbaycan dili və xalqımızın milli mənsubiyyəti ilə bağlı səsləndirdiyi fikirləri özündə ehtiva edən video-çarx nümayiş olunub.

    Sonra müəssisənin Baş direktoru Ramin İsayev çıxış edərək  Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən geniş söz açıb. Baş direktor bildirib ki, H. Əliyevin dövlət xadiminə xas liderlik bacarığı və xarizması qibtə doğurmaya bilməz. “Heydər Əliyev şəxsiyyəti milyonlarla insanın idealına çevrilib. Xalq həmişə ona arxa olub. Ulu Öndərin xalqa ünvanlanan çağırışları həmişə çoşğu ilə qarşılanıb.

    Ümidvaram ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin öyrənilməsi üçün onun adını daşıyan Liderlik Məktəbinin yaradılması təşəbbüsü tezliklə reallaşacaq və bu məktəb qlobal miqyasda səriştəli və gənc liderlərin hazırlanmasında önəmli rol oynayacaqdır”.

    Daha sonra çıxış edən Baş direktorun müşaviri Məmmədağa Əliyev Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövründə milli iqtisadiyyatın inkişafı üçün görülən işlərdən danışdı. “Həmin dövrdən başlayaraq bütün sahələrdə əsaslı yüksəlişə nail olunmuş, iri sənaye müəssisələri tikilmiş və mühüm tədbirlər həyata keçirilmişdir. Bakı Dərin Özüllər zavodunun inşa edilməsi o cümlədən, ilk dəfə olaraq yarımdalma qurğularının ölkəyə gətirilməsi məhz onun uzaqgörən siyasətinin nəticəsi idi. Bu nəhəng sənaye müəssisəsi 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində fəal iştirak edir’‘.

    Görüşdə müəssisənin digər əməkdaşları da Heydər Əliyev haqqında xatirələrini bölüşərək onun Azəbaycanın müstəqilliyini möhkəmləndirmək, respublikanı sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinə nail olaraq Azərbaycan diasporunu formalaşdırmaq istiqamətində göstərdiyi misilsiz xidmətlərindən geniş söhbət açdılar.

    Tədbirin sonunda müəssisə rəhbərliyi qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir, onun tərəfindən müəyyən olunan yeni iqtisadi strategiyalar və dövlət proqramları nəticəsində ölkəmiz mühüm nailiyyətlərə imza atmaqdadır. Bu göstəricilər Heydər Əliyevin zəngin irsinin bariz təzahürləridir.  

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi

SOCAR AQŞ BP Azərbaycan şirkətinin elan etdiyi Sahibkarlığın İnkişafı Mükafatı 2015 müsabiqəsində İLİN ŞİRKƏTİ Mükafatına layiq görülmüşdür.

daha ətraflı